Kitab Haqqında
Bəzən həyatın səsi çox gur olur… və insan öz daxilini eşitməkdə çətinlik çəkir. “Qəlbini təmiz saxla” məhz bu sükutu tapmaq, özünü yenidən kəşf etmək və daxili balansını bərpa etmək istəyənlər üçün yazılıb.
Bu kitab səni yormayacaq — əksinə, sakitləşdirəcək. Hər səhifəsində özünü tapacaq, bəzi cümlələrdə isə sanki müəllif sənin qəlbindən keçənləri sözə çevirəcək.
Zeynəb səmimi və axıcı üslubu ilə oxucunu motivasiya edir, düşüncələri aydınlaşdırır və həyatın daha gözəl tərəflərini görməyə kömək edir. Bu, sadəcə kitab deyil — daxili dəyişimin başlanğıcıdır.
✨ Özünü itirdiyini hiss etdiyin anda, bu kitab sənə yol göstərəcək.
✨ Qəlbini yüngülləşdirmək və həyatına yeni enerji qatmaq istəyirsənsə, doğru ünvandasan.
“Sənin həyatın, sənin düşüncələrin qədər gözəldir.”
Ön Söz
Salam! Mənim adım Zeynəb.
Həyatı sadə, sevgi dolu və enerjili yaşamağı sevirəm. Hər anın dəyərini bilmək, özümü tanımaq və ətrafımdakı insanlarla pozitiv enerji paylaşmaq mənim həyat fəlsəfəm olub.
Bu kitabı yazmaqla məqsədim sizə həm motivasiya vermək, həm də həyatın kiçik amma qiymətli gözəlliklərini göstərməkdir. Həyatımda gördüyüm bir neçə insanın hekayəsi mənə çox şey öyrətdi. Məsələn: Sevinc - daim özünü kiçik hesab edən bir dostum, yalnız kiçik addımlar atmağa başlayaraq böyük uğurlar qazandı. O, mənə öyrətdi ki, hər kəsin içində güc və potensial var; sadəcə onu kəşf etmək lazımdır. Ahu- həyatda daim neqativ düşünən bir insan idi, amma həyatına pozitiv yanaşma öyrənərək həm ruhunu, həm də ətrafındakıların enerjisini dəyişdirdi. Bu hekayə göstərir ki, sevgi və anlayış bəzən insanları dəyişdirə bilər. Mələk - Onun qəlbi o qədər gözəldir ki, heç bir pisliyə pislik etməz.
Uşaqlarından ilham alır, onların xoşbəxtliyi onun ruhunu doldurur. Günlərini uşaqlarına həsr edir, onlarla yaşadığı hər anı sevgi ilə doldurur. Hər kəsin ona etdiyi hərəkətə sevgi ilə cavab verir, ona görə də ruhu həmişə zəngin, sakit və işıqlıdır. Onun həyatı göstərir ki, sevgi ilə dolu qəlb həm özümüzü, həm də ətrafımızı gücləndirir.
Bu kitabın məqsədi sadədir:
• Öz gücünüzü kəşf etməyinizə kömək etmək.
• Həyatın gözəlliklərini görməyi öyrətmək.
• Hər gününüzü daha enerjili, xoşbəxt və pozi tiv yaşamağa ilham vermək.